• Azərbaycan dili
  • Russian
  • United kingdom

8-10 mm qatlanan

by Cambalkon ,Şüşələnmə , Tent sistemləri, kölgə sistemləri, ofis şüşə arakəsmə , sürgü sistemləri,aliminum qapı pəncərə, hovuz şüşələnməsi, taxta aliminum,plastik qapı pəncərə


Paylaşıldı: 2018-09-10 17:27:07

Balkonları bağlamaq üçün çərçivəsiz şüşələnmə sistemləri əvəzsiz seçimdir.

Cambalkon sistemləri qış vaxtlarında balkonlarınızı külək və yağışdan, kombilərinizi şaxtadan qorumaq üçün vasitədir. Balkonun qapanmasına baxmayaraq panoromik mənzərə pozulmur. Tədqiqatlar onu göstərir ki, sistemlərin tam hermetik olmamasına baxmayaraq, həmin eyvana çıxan otaqlarda istiliyin saxlanılması üçün xeyli qənaətlidir. 

Gözəl havalarda bu sistemləri bir kənara toplayaraq balkondan heç bağlanmamış kimi açıq istifadə edə bilərsiniz. Bu sistemlərlə balkon bağlandığı zaman məkanınız qorunur, soyuq və yağmurlu havaların yaratdığı təmir ehtiyacı azalır, görüntünü pozmayan və deformasiyaya uğramayan profillər məkanın estetik görüntüsünü qoruyur.

Cam balkon - çərçivəsiz, tam açılaraq yanlara yığılan şüşəbənd sistemləridir. Bu sistemlər evinizdə funksional və estetik bir balkon yaratmağın ən müasir üsuludur. Məkanlara rahatlıq və maneəsiz mənzərə qazandıran bu sistemlərdə şüşə lövhələr alüminyum rels üzərində hərəkət edərək sağa, sola və ya hər iki tərəfə yığılır. Ilin dörd mövsümündə istifadə edə biləcəyiniz cam balkon sizə məkanı istədiyiniz zaman tamam, qismən bağlamaq, və ya bütünlüklə açmaq, ya da küləyi istiqamətləndirmək kimi fərqli imkanlar verir. Istifadə olunan şüşələrin zərbəyədavamlı, yəni temperli olması, təhlükəsizliyinizi təmin edir. Bundan əlavə özündən pərdəli sistemdən istifadə etməklə günəş işığının qarşısını bütünlüklə və ya qismən ala bilərsiniz. Profillər alüminyum olduğundan paslanmır ki, bu da sistemin ömrünü bir bina ömrü qədər uzun edir. Çərçivəsiz şüşəbənd sistemləri eyvanın arxitektur quruluşunu pozmur, hətta bir çox rəng çeşidinin olması məkana dekorativ və estetik bir görünüş də bəxş edir. Ən önəmlisi isə sizi ətraf mühitin mənfi təsirlərindən – külək, yağış, toz, səs və s. qoruyur.

Açılan sistemlər müxtəlif ola bilər:
– kəndarlı və kəndarsız 
– özündən pərdəli və pərdəsiz
– iki təkər və ya bir təkər üzərində hərəkət edən
– Z tipli qatlanan
– təkqat şüşə (adətən 8 və ya 10 mm) və ya şüşə paket
– sürməli
– pultla idarə olunan 
Balkonlar düz olmaqla yanaşı oval, müxtəlif dərəcələrdə çoxbucaqlı ola bilər.
Bütün bu sistemləri balkonun ölçüsündən, görünüşündən asılı olmayaraq tətbiq etmək olar.

Paket şüşələrdən ibarət cambalkon sistemləri.

  • +994 50 242 00 75
  • +994 55 644 56 00

  • Azərbaycan, Bakı şəhəri, Səməd Vurğun 58/60 (AF center)