• Azerbaijan
  • Russia
  • English

Şüşə məhəccərlər


İstər evinizin daxilində, istərsədə çöl məkanda müxtəlif aksesurlarla zövqünüzə uyğun məhəccərlər təklif edirik.
Bunların arasında:
–         paslanmaz dəmir aksessuarlarla  məhəccərlər;
–         alüminium aksessuarlarla şüşə məhəccərlər;
–         alümin məhəccərlər;
–         tam şüşə görünüşlü  məhəccərlər.
Məhəccərlərdə istifadə olunan şüşələr digər sistemlərimizdə olduğu kimi zərbəyə davamlı temperli və tam güvənlidir.Biz əksər hallarda laminə olunmuş şüşələrdən istifadə olunmasını məsləhət görürük, xüsusən də, yüksək mərtəbələrdə quraşdırılan məhəccərlərin  qəza nəticəsində sınarkən xırda parçalara bölünüb dağılmasının qarşısını almaq üçün.

Məhəccər çox hünərli dizayn fikirlərini həyata keçirmək imkanıdır. Şüşə, metal və taxta elementlərinin nisbət hissi ilə düzgün birləşməsi, onları yalnız təhlükəsizlik tədbiri rolunu oynamaq deyil , həm də ümumi dizayn və memarlıq üslubuna uyğun olaraq daxili interyerinizdə bəzək halına gətirəcəkdir. Altek şirkəti, dizayn mərhələsindən quraşdırmaya qədər fikirlərinizi həyata keçirməyə kömək edə bilər. Biz məhəccər seçərkən də tövsiyələr verə bilərik.

Paslanmaz məhəccərlər

Paslanmaz poladdan məhəccərlərin quraşdırılması üçün usta axtarışlarında tək başına çalışan ustalara yox, yaxşı olar mütəxəssis şirkətlərə müraciət edəsiniz. Ustanın nə qədər təcrübəli olmasından asılı olmayaraq, o, şirkətin göstərərcəyi xidməti göstərə bilməyəcək. Tətbiq olunacaq sistemi seçərkən hansı ki, növləri çoxdur, montaj yerinin möhkəmliyinə, ətraf mühitin təsirinə, düzgün metal nümunəsinin seçilməsinə, metalın örtüyünə və düzgün cilalanmasına fikir vermək lazımdır.Hətta nisbətən pis cilalanmış metalda  ətraf mühitin təsiri nəticəsində xırda çatlar əmələ gələrək spesifik korroziya verir.

Alümin məhəccərlər

Azərbaycanda bir çoxlarında alümin məhəccərlər barədə yanlış fikirlər formalaşmışdır. İş orasındadır ki, ekonom sinif arasında geniş yayılmış alümin məhəccərlər sırasında hal-hazırda yeni nəsil alümin məhəccərlər istehsal olunur ki, hansıki paslanmaz poladdan ayırmaq çətindir. Lakin, paslanmaz poladdan fərqli olaraq, onların rəng seçimi genişdir. Metal emal olunduqda həm mat (tutqun), həm də parlaq xrom ola bilir. Paslanmayan metaldan fərqli olaraq, onlar sizin interyerə uyğun olaraq hər rəngə boyana bilər.

Website created by : Development.az