Şirkətimiz müxtəlif fasad şüşələnmə növləri təklif edir. Bunlardan bəziləri:
– silikon cəbhə
– qapaqlı cəbhə
– aldoks və soyuq alüminium
– izosistemlər
– aluwood
– monet sistemlər və s. Fasadda istifadə olunan müxtəlif şüşə növləri:
– şəffaf (tam görünən). Bu şüşə ən çox tətbiq olunan şüşələrdəndir
– extra clear (extra şəffaf)
– flot (görüntünü 60-70% əngəlləyən rəngli şüşə)
– reflekt (güzgü effektli rəngli şüşələr)
– gree (ultrabənövşəyi şüaları müxtəlif dərəcədə keçirməyən)
– fləş (ekran effektini verən şüşələr).
Tətbiq oluna bilən şüşə növləri adi İran şüşəsindən başqa Türkiyə istehsalı və Belçika istehsalı da ola bilər. Gərək olduqda sertifiklar təqdim olunur. Şüşələri həm Bakıdan, həm də bir başa xaricdən almaq imkanlarımız var.
Şüşə qalınlıqları adətən 4 mm, 6 mm, 8 mm, 10 mm olur. Tempersiz və ya temperli şüşəni Bakıda sizə təklif edə biləcəyiniz maksimal ölçüləri 3.21 m x 2.25 m qədərdir. Ondan böyük ölçülər olduqda “Jumbo” adlanan 4 m x 2.6 m şüşələr sifariş edirik və Azərbaycanın istənilən yerinə çatdırırıq.
Şüşələrin kənarları işin xüsusiyyətinə uyğun işlənir: rodajlanır, cilalanır, müxtəlif ölçülü faskalar açılır.
Müasir texnologiyalar əsasında hazırlanmış şüşə növləri həm günəş şüalarını əngəlləmək xüsusiyyətlərinə malikdir, həm də xüsusi səs keçirməmək və istilik keçirməmək xüsusiyyətlərinə.
Fasad şüşələnmə
13 Yanvar 2020